Azərbaycan hökuməti BP şirkəti ilə neft-qaz sahəsində avadanlıqların birgə istehsalının təşkil edilməsində və alternativ enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşdə bildirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan 1994-cü ildən etibarən BP şirkəti ilə uğurla əməkdaşlıq edir.
Q.Counz alternativ enerji sahəsində Azərbaycanın potensialını qeyd edib, bu sahədə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
“Görüşdə Azərbaycanın BP ilə əməkdaşlığının inkişaf istiqamətləri, nəzərdə tutulan konkret layihələr barədə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov