Oktyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral deyib.
“Prezident Ərdoğan 2019-cu il oktyabrın 15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edəcək”, - Özoral “İnterfaks-Azərbaycan”a bildirib.
Sammit çərçivəsində həmçinin biznes forum təşkil olunacaq.
Bundan başqa, sammitdə Ticarət-Sənaye Palatası və Türkdilli Dövlətlərin Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.
Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə TDƏŞ-in üzv-ölkələri, Macarıstan – müşahidəçi ölkədir. **
F.İsazadə