Azərbaycan və Türkiyə ticarət dövriyyəsini ən qısa müddətdə $5 mlrd.-dan çox həcmədək artırmaq niyyətindədir. Bunu Türkiyənin Bakıdakı səfiri Erkan Özoral deyib.
"2018-ci ilin yekunları üzrə ölkələrimiz arasında ticarət dövriyyəsi $3,4 mlrd. təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu, 30% artım deməkdir”, – deyə o, jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, hədəf qısa müddətdə $5 mlrd.-dan yuxarı səviyyəyə çatmaqdır.
E.Özoral ticarət dövriyyəsinin həcminin artırılması üçün qarşılıqlı əlaqələrin, eləcə də Bakı ilə Ankara arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Daha əvvəl Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirmişdi ki, 2023-cü ilədək Bakı ilə Ankara arasında ticarət dövriyyəsinin $15 mlrd.-a çatdırılması planlaşdırılır. Beləliklə, 2019-2022-ci illərdə qarşılıqlı ticarət dövriyyəsi 4,4 dəfə artmalıdır.*
F.İsazadə