Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ümid edir ki, sentyabr ayında Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesini başa çatdıracaq.
“Üç ölkə Konvensiyanı artıq ratifikasiya edib. Ümid edirik ki, cari ilin sentyabr ayında RF Federasiya Şurası və Dövlət Duması həmçinin bunun üçün müvafiq addımlar atacaq”, - Xələfov cümə axşamı Bakıda bildirib.
“Estefet İranındır. Əminəm ki, Tehran da yaxın zamanda bu istiqamətdə zəruri addımlar atacaq”, - o əlavə edib.
Prezident İ.Əliyev 22 fevral 2019-cu il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb.
Sənədin məqsədi tərəflərin Xəzər dənizindən istifadəyə dair hüquq və öhdəliklərinin müəyyən olunması və tənzimlənməsidir. Buna dəniz suları, dibi, yerin təki, təbii resurslar və hava məkanı daxildir.
Sənədlə tərəflərin dənizdə fəaliyyət prinsipləri müəyyən olunur: suverenlik, ərazi bütövlüyü, müstəqilliyə hörmət, dövlətlərin suveren bərabərliyi, güc və ya təhdidlərin güc ilə tətbiq olunmaması. Həmçinin prinsiplərlə qarşılıqlı hörmət, əməkdaşlıq, biri-birinin daxili işlərinə müdaxilənin yol verilməməsi, Xəzər dənizinin sülh məqsədilə istifadəsi, dənizin sülh, mehriban qobnşuluq, dostluq və əm\əkdaşlıq zonasına çevrilməsini nəzərdə tutur. **
F.İsazadə