"Xəzər beşliyi" ölkələri Xəzərdə etimad tədbirləri haqqında saziş layihəsi üzərində işləyir. Bu saziş həm də regionda təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək. Bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Biz hazırda Xəzərdə etimad tədbirləri barədə sazişi üzərində işləyirik. Bu, Xəzərdə təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm addımlardan biri olacaq", - deyə X.Xələfov bu gün Bakıda keçirilən “Caspian Energy Forum–2019”da bildirib.
Onun sözlərinə görə, bütün Xəzəryanı ölkələr bu sahədə müsbət nəticələr əldə etmək üçün səy və iradə nümayiş etdirir.*
F.İsazadə