Azərbaycan yığması Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) reytinqində 109-cu yerini qoruyub. Reytinqin yenilənmiş versiyası bu gün FIFA-nın saytında dərc olunub.
Sentyabr ayında Azərbaycan yığması Avro-2020-nin seçmə mərhələsi çərçivəsində iki oyun keçirib. Uelslə qarşılaşmada millimiz 1:2 hesabı ilə məğlub olub, Xorvatiya ilə qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərinin mövqeləri belədir: Xorvatiya – 8-ci pillə, Uels - 23-cü pillə, Slovakiya – 29-cu pillə, Macarıstan - 50-ci pillə.
Reytinqə əvvəlki kimi Belçika yığması başçılıq edir. İlk onluğa Fransa, Braziliya, İngiltərə, Portuqaliya, Uruqvay, İspaniya, Kolumbiya və Argentina daxildir.*
A.Əzizov