Azərbaycan və Gürcüstan gömrük orqanları blokçeyn texnologiyası vasitəsilə məlumat mübadiləsinə başlayıb. Bunu Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.
“Azərbaycan Gömrük Komitəsi müasir texnologiyalara böyük önəm verir. Blokçeyn həmin texnologiyalardan biridir. Biz artıq bu texnologiya vasitsilə Gürcüstan gömrük orqanları ilə məlumat mübadiləsi həyata çeçirmişik”, - Hüseynov cümə axşamı Bakıda “Caspian Energy Forum–2019"-da bildirib.
Onun sözlərinə görə, bu texnologiyanın fəal tətbiqi gələcəkddə gömrük və ticarət prosedurlarını sürətləndirməyə şərait yaradacaq.
Azərbaycan, həmçinin müxtəlif ölkələrlə blokçeyn texnologiyalarının tətbiqi üzrə ikitərəfli əməkdaşlığa dair saziş üzərində işləyir. Bu istiqamətdə Hindistan və Moldovanın dəstəyi ilə Ukrayna ilə bir layihə həyata keçirilir. **
Ə.Məmmədov