Tezliklə Azərbaycanın gömrük-buraxılış məntəqələrində elektron növbə sistemi tətbiq olunacaq. Bu barədə Dövət Gömük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov məlumat verib.
"Gömrük-buraxılış məntəqələrində elektron növbə sisteminin tətbiqi artıq icra mərhələsindədir. Xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlər yaxın vaxtlarda bu və ya digər gömrük-buraxılış məntəqəsində sıxlıqdan asılı olaraq gömrük nəzarətindən keçmə vaxtını özləri seçə biləcəklər”, - deyə o, bu gün Bakıda keçirilən “Caspian Energy Forum–2019”da bildirib.
Xəbər verildiyi kimi, sistem vətəndaşlara gömrük məntəqələrində sıxlıqla bağlı vəziyyəti qabaqcadan öyrənməyə imkan verəcək. Sistemdə qeydiyyatdan keçən vətəndaşlar sərhədi keçməzdən əvvəl buraxılış məntəqəsində vəziyyətlə tanış ola biləcəklər. Sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək. Bununla da vətəndaşlar sərhədi keçmək üçün optimal vaxtı seçə biləcəklər.*
Ə.Məmmədov