OPEC+ iştirakçıları Səudiyyə Ərəbistanında baş verən son hadisələrə görə təcili iclasın keçirilməsinə zərurət görmürlər. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Dünən OPEC-in baş katibi Məhəmməd Barkindo ilə neft bazarında carui vəziyyət və neftin qiymətinə dair geniş formada telefon danışığı apardım. Əgər (Səudiyyə Ərəbistanın neft obyektlərinə hücumlardan sonra - İF) dərhal OPEC+ ölkələrinin təcili iclasına dair fikirlər səslənirdisə, hazırda buna ehtiyac yoxdur. O cümlədən, kartelə daxil olan ölkələrin təcili iclasına zərurət yoxdur”, - Şahbazov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, neft tədarükü ilə əlaqədar problem yoxdur, neftin qiyməti də stabildir. **
N.Abbasova