Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu əcnəbi investorlara köməklik göstərmək məqsədilə “Invester in Azerbaijan” layihəsini hazırlayıb. Bu barədə AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev məlumat verib.
“Biz“Invester in Azerbaijan” layihəsini hazırlamışıq və hazırda təsdiq üçün müvafiq strukturlara təqdim etmişik”, - Abdullayev “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, layihə Azərbaycana sərmayə yatırmağı planlaşdıran əcnəbi investorlara yardımın göstərilməsini, həmçinin əcnəbi investorlarla çalışacaq yerli şirkətlər üçün biznes planların hazırlanmasında yardım göstərilməsini nəzərdə tutur. **
B.Rüstəmbəyov