2019-cu ilin oktyabr ayında Düşənbə şəhərində Azərbaycan-Tacikistan Ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat verir.
Tacikistan xarici işlər nazirinin birinci müavini Xusrav Noziri bu gün Azərbaycanın Düşənbədəki səfiri Həsən Məmmədzadəni qəbul edib.
“Tərəflər Azərbaycanla Tacikistan arasında ikitərəfli gündəliyin cari məsələləri və oktyabrda Düşənbədə keçirilməsi planlaşdırılan növbıti iclasa hazırlığın gedişatını müzakirə ediblər”, - məlumatda deyilir.
Hökumətlərarası Komissiyanın 4-cü iclası 2017-ci ilin iyul ayında Bakıda keçirlib. Azərbaycan tərəfindən Komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir. **
F.İsazadə