Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Bakıda Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 19-28 sentyabr tarixlərində Li Canşu Azərbaycan, Qazaxıstan və Rusiyaya rəsmi səfər edəcək. Səfər zamanı Canşu Qazaxıstanda Avrasiya ölkələri parlament spikerlərinin 4-cü müşavirəsində və Rusiyada Çin-Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın 5-ci iclasında iştirak edəcək.
Canşunun qeyd edilən ölkələrə səfəri Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov, Qazaxıstan Parlamenti Senatının sədri Dariqa Nazarbayeva, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin və RF Dövlət Duması sədri Vyaçeslav Volodinin dəvəti ilə baş tutacaq. **
F.İsazadə