Oktyabrda Macarıstanın baş naziri Viktor Orban Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a diplomatik mənbə məlumat verib.
“Macarıstan 2019-cu il oktyabrın 15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə yüksək səviyyədə təmsil olunacaq. Macarıstanın nümayəndə heyətinə baş nazir Orban rəhbərlik edəcək”, - agentliyin həmsöhbəti bildirib.
Macarıstan TDƏŞ-də müşahidəçi ölkədir.
Sammit çərçivəsində həmçinin biznes forum təşkil olunacaq.
Bundan başqa, sammitdə Ticarət-Sənaye Palatası və Türkdilli Dövlətlərin Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.
Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə TDƏŞ-in üzv-ölkələridir. **
F.İsazadə