Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) "İrAero" aviaşirkətinə RF-nin üç şəhərindən Azərbaycana müntəzəm reyslər yerinə yetirmək üçün icazə verib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin ötən gün qəbul etdiyi qərara əsasən, “İrAero” Tümen, Samara və Permdən Bakıya uçuşlar həyata keçirmək üçün icazə alıb.
Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.
“Hazırda “İrAero” Çelyabinsk, Orenburq və Yekaterinburqdan Bakıya reyslər yerinə yetirir.*
N.Abbasova