Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “Azimut Airlines” şirkətinə Rostov-na Donudan Bakıya uçuşlar həyata keçirmək üçün icazə verib.
“Rosaviasiya”nın qərarına əsasən, şirkət həftədə üç dəfə bu istiqamətdə uçuşlar həyata keçirə biləcək.
İcazənin alınması uçuşların avtomatik başlaması demək deyil, lakin reyslərin açılmasına hazırlığın vacib mərhələsidir.*
N.Abbasova