"Azərbaycan İnvestisiya Şirkəti" ASC və Çinin “China CAMC Engineering Co.” cümə günü Bakıda Anlaşma Memarandumu imzalayıb.
Memorandum Azərbaycan ərazisində aqrosənayeparkın yaradılmasını nəzərdə tutur.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib ki, layihənin reallaşdırlması məqsədilə işçi qrupu yaradılacaq. Həmin işçi qrupu aqrosənaye parkın yaradılması üçün yeri müəyyən edəcək.
“Cari ilin noyabr ayında Şanxayda keçiriləcək «China International Import Expo 2019» sərgisində bu layihınin icarsı üçün konkret addımların atılacağını gözləyirik”, - nazir bildirib.
Mustafayev məlumat verib ki, layihə traktor zavodu, suvarma avadanlığınınm istehsalı üzrə zavod, ASK məhsullarının emalı zavodunun tikintisini nəzərdə tutur.
“Layihəyə sərmayələr yüzlərlə milyon dollar, iş yerləri isə bir neçə min səviyyəsində qiymətləndirilir”, - nazir qeyd edib.
O cümlədən, “China CAMC Engineering Co.” cümə günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Anlaşma Memarandumu imzalayıb.
Öncə Mustafayevə istinadən məlumat verilib ki, 2019-cu ilin aprel ayında 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ASK sahəsində layihələrin reallaşdırılması üzrə sazişlər imzalanıb (Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair – İF). “Çin şirkətlərinin bu layihələrə mərhələli şəkildə sərmayələri $300 mlın. səviyyəsində qiymətləndirilir”, - Ş.Mustafayev qeyd edib.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.**
B.Rüstəmbəyov