Oktyabrın 20-də “AFB Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“İclasın gündəliyinə bankın əməkdaşlarının əmək haqlarının miqdarının müəyyən edilməsi məsələsi daxildir”, – deyə məlumatda bildirilir.
Bundan başqa, səhmdarlar bankın cari fəaliyyəti ilə bağlı digər məsələləri də müzakirə edəcəklər.
"AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə ölkənin 15 aparıcı bankından biridir. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
A.Əzizov