Son 3 il ərzində Azərbaycanla Özbəkistan arasında illik turist axınının artımı 25-30% təşkil edir. Bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev məlumat verib.
“Özəbəkistanın turizm potensialının inkişafı üzrə fəal iş sayəsində son iki il ərzində qarşılıqlı turist axının stabil artımı müşahidə olunur. Üç il öncə Azərbaycandan Özbəkistana illik turist axını 5 minə nəfərə yaxın təşkil edib. Bu il isə, yalnız birinci yarımillik ərzində Özbəkistana turist axını təxminən 7 min turist təşkil edir”, - Fayziyev “İnterfaks-Azərbaycan”a bildirib.
“Bu dövr ərzində Azərbaycandan Özbəkistana turist axını orta hesabla 25-30% artıb. Özbəkistandan Azərbaycana da turist axınında analoji vəziyyət müşahidə olunur. Özbəkistandan gələn turistlər, misal üçün Azərbaycanın qərbində yerləşən Naftalana səfər edirlər. Bu yaxşı göstəricidir”, - diplomat əlavə edib.
Onun sözlərinə görə, bunun sayəsində tərəflər Özbəkistandan Azərbaycana aviareyslərin sayını həftədə 3-ə qədər, Azərbaycandan Özbəkistana reysləri həftədə iki dəfəyə qədər artırıblar.
“Hazırda ölkələrimiz arasında həftdə 5 reys həyata keçirilir. Dolum səviyyəsi 100%-dir. Biletləri öncədən bronlaşdırmaq lazım olur”, - diplomat qeyd edib.
Onun sözlərinə görə, Özbəkistan rəhbərliyinin turizm bazarının liberallaşdırılmasına dair inqilabi siyasəti də Azərbaycanla ticarətin artımına imkan yaradıb. “Son 3 il ərzində Azərbaycamla ticarətin illik həcmi 50% artır. 2019-cu ilin 6 ayı ərzində Özbəkistanın statistik məlumatlarına əsasən, ticarətin 45% artımı müşahidə olunur. Bu dövr ərzində Azərbaycanın məlumatına görə isə - 70%-dən çox artım müşahidə edilib”, - diplomat qeyd edib.
Fayziyev əlavə edib ki, ötən və əvvəlki illərdə həmçinin Bakı ilə Daşkənd arasında qarşılıqlı ticarətdə analoji vəziyyət müşahidə olunub. “Özbəkistanda liberallaşma, o cümlədən ölkənin investisiya baxımından cəlbedici olmasına şərait yaratdı. Biz bu gün Azərbaycan kapitalının investisiya fəallığını, onların bizim bazara marağını müşahidə edirik. Azərbaycan investorları tərəfindən yatırım üçün yaxşı potensialımız var”, - səfir qeyd edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycan və Özbəkistan turizm assosiasiyası arasında münasibətlərin inkişafı barədə memorandum imzalanıb. Sənəddə turizimin təşviq olunması ilə bağlı birgə tədbirlər nəzərdə tutulub.
Cari ilin əvvəlindəÖzbəkistanın Azərbaycandakı səfirliyi və “MyTravel” şirkəti arasında turizm sahəsində iş planı imzalanıb. Sənəddə Azərbaycandan Özbəkistana turist axının artırılması üzrə şirkətin işinə səfirlik tərəfindən informasiya köməyinin göstərilməsi nəzərdə tutulur. **
F.İsazadə