Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mükafatı X.Xələfova təqdim edib və Rusiya xarici işlər naziri Sergey Lavrovun məktubunu oxuyub.
“Görüşdə X.Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsinə önəmli töhfə verdiyi qeyd edilib”, – deyə Azərbaycan XİN-in məlumatında bildirilir.*
F.İsazadə