İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədi ilə xarici bazar araşdırmaları ilə bağlı ixracatçıların müraciətlərinin qəbulunu elan edib.
“Hədəf bazarlar: MDB ölkələri, Avropa Birliyi ölkələri, Çin Xalq Respublikası, Orta Şərq ölkələridir”, - “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər.
Bazar araşdırması aparılması üçün sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi müsabiqə əsasında həyata keçiriləcək Bazar araşdırması dəstək tədbirinə müraciət edən ixracatçılar tərəfindən yalnız bir ölkə və bir məhsul seçilə bilər.
Müsabiqədə iştirak məqsədilə ixracatçəı şirkətlər oktyabrın 15-dək zəruri sənədləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) təqdim etməlidir.
Seçim meyarları: sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı; sahibkarın istehsal etdiyi məhsulun hədəf ölkəyə (ölkələrə) ixrac potensialı; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmamasıdır (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə). **
B.Rüstəmbəyov