Beynəlxalq Valyuta Fondu 2020-2024-cü illərdə Azərbaycanda ÜDM-in artım templərinin 2,5%-dək sürətlənməsini proqnozlaşdırır.
Sentabrın 6-da BVF-nin İcraiyyə Şurası Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələri başa çatdırıb.
Fondun saytında dərc olunan məsləhətləşmələrin yekunları üzrə materiala əsasən, BVF-nin qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı 2018-ci ildə 1,4%-ə qarşı 2,7%-dək sürətlənəc, 2020-ci ildə - 2,1%-dək azalacaq.
Eyni zamanda, 2021-ci ildə ÜDM-in artımı 2,1%, 2022-ci ildə - 2,2%, 2023-cü ildə - 2,3%, 2024-cü ildə - 2,5% təşkil edəcək.
Həmçinin, 2019-2021-ci illərdə qeyri-neft sektorunda artım müvafiq olaraq 3,2%, 3,3%, 3,4% və 2022-2024-cü illərdə illik 3,5% təşkil edəcək.
2019-cu ildə neft sektorunda artım 2,5%, 2020-2024-cü illərdə - illik 1,2% təşkil edəcək.
“2019-cu ildə karbohidrogen istehsalının artımı və davamlı daxili tələbat hesabına iqtisadi artım 2,7%-ə çatacaq. Ortamüddətli perspektivdə ÜDM-in artımı 2,5% təşkil edəcək”, - sənəddə vurğulanır.
BVF-nin qiymətləndirmələrinə əsasən, 2019-cu ildə Azərbaycanın nominal ÜDM-i $47,2 mlrd., 2020-ci ildə - $48,2 mlrd., 2024-cü ildə - $57,6 mlrd. təşkil edəcək.
Fondun proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanda orta illik inflyasiya 3,2%, 2020-ci ildə – 3,3%, 2024-cü – 3,5% təşkil edəcək.
2019-cu ilin yekunları üzrə BVF Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 9,7%-i (2018-ci ildə ÜDM-in 12,9%-i - İF), 2020-ci ildə - ÜDM-in 10%-i, 2024-cü il də - ÜDM-in 7,7%-i səviyəsində proqnozlaşdırır.
2019-cu il üçün Azərbaycan iqtisadiyyatına birbaşa sərmayələr ÜDM-in 5%-i, 2020-ci ildə - ÜDM-in 4,7%-i, 2024-cü ildə - ÜDM-in 4,3%-i səviyyəsində proqnozlaşdırılır.
Eyni zamanda, BVF Azərbaycan iqtisadiyyatında müəyyən risklərin qorunduğunu qeyd edir: struktur ilə bağlı problemlər, idaretmədə çatışmazlıqlar və şəffaflığın olmaması, bank sisteminin kövrəkliyi. “Lakin mühüm ehtiyatlar və xarici aktivlər nəzərə alınmaqla, Azərbaycanın əlverişsiz şoklara cavab vermək imkanları var”, - Fond vurğulayır.
O cümlədən, Fondun direktorları böhran şəraitində (2015-2016-cı illərdə dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasına görə - İF) meydana gələn nəticələrin aradan qaldırılmasına yönələn siyasətin yürüdülməsində Azərbaycan hökumətinin fəaliyyətini yüksək qiymətləndirirlər.
Həmçinin, BVF Azərbaycan hökumətini iqtisadiyatın şaxələndirilməsini davam etdirməyə, onun potensialını və şoklara davamlılığı artırmağa çağırır.
BVF-də razıdırlar ki, Azərbaycanın bank sektorunda maliyyə nəzarətinin möhkəmləndirilməsi və rəqabətin stimullaşdırılması sektorun sağlamlaşdırılması və iqtisadi artımın stimullaşdırılması üçün funksiyaların effektiv yerinə yetirilməsi üçün həlledici əhəmiyyət kəsb edir.
“Direktorlar iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişafına kömək məqsədilə struktur islahatların davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu mənada onlar işgüzar mühitin yaxşılaşdırılmasında irəliləyişi alqışlayıblar və hökuməti iqtisadiyyatın daha da açıq olması üçün səyləri davam etdirməyə çağırıblar”, - sənəddə qeyd olunur.
O cümlədən, sənəddə Azərbaycan hökuməti üün bir sıra tövsiyyələr yer alıb. Xüsusilə, BVF büdcə konsolidasiyasını davam etdirməyə, pul-kredit siyasətini bir qədər zəiflətməyə, mübadilə məzənnəsinin çevikliyini təmin etməyə, inklüziv artıma imkan yaratmağa, dövlət təissatlarınəı möhkəmləndirməyə çağırır.
Fondun qiymətləndirmələrinə əsasən, Azərbaycan yeni iqtisadi artım modelinə keçid və onun xarici risklərə davamlılığının artırılması imkanına malikdir. “Ölkə iqtisadiyyatı tədricən bərpa olunub, bank sektorunda vəziyyət stabilləşib. Lakin, qitisadiyyat, əvvəlki kimi, karbohidrogen və dövlət xərclərindən çox asılıdır. Maliyyə vasitəçiliyi zəif olaraq qalır və cari mübadilə məzənnəsi devalvasiya və yüksək inflyasiyadan sığorta kimi, de-fakto olaraq dollarlaşmanın təşviqini davam etdirir”, - BVF qeyd edir.
Fondda hesab edirlər ki, Azərbaycanın gələcəyi rəqabəti sürdürmək imkanı, idarəçiliyi və şəffafllığı yaxşılaşdırmaqdan asılıdır.
Azərbaycan hökuməti 2019-cu il üçün ÜDM-in artımını 3,2%, 2020-ci ildə - 2,4%, 2021-ci ildə - 3,8%, 2022-ci ildə - 3%, 2023-cü ildə 2,7% səviyyəsində proqnozlaşdırır. **
A.Əzizov