Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ilədək Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin $43,942 mlrd.-a qədər artacağını proqnozlaşdırır.
2018-ci ilin yekunları üzrə fondun aktivləri $38,515 mlrd. təşkil edib. Beləliklə, 2019-2024-cü illərdə ARDNF-in aktivləri 14,1% artacaq.
BVF-nin “İnterfaks-Azərbaycan agentliyinin malik olduğu proqnozlarına görə, 2019-cu ilin yekunları üzrə ARDNF-in aktivləri $40,986 mlrd., 2020-ci ilin yekunları üzrə $42,421 mlrd., 2021-ci ilin yekunları üzrə $43,361 mlrd., 2022-ci ilin yekunları üzrə $43,746 mlrd., 2023-cü ilin yekunları üzrə $43,883 mlrd. təşkil edəcək.
Bu aktivlər 2019-cu ildə bir barrel neftin qiyməti $63,5, 2020-ci ildə $59,9, 2021-ci ildə $58, 2022-ci ildə $57,2, 2023-cü ildə $57,2, 2024-cü ildə $57,6 olmaqla hesablanıb.
2019-cu ilin I yarısının sonuna fondun aktivləri $42 mlrd. 463,7 mln. məbləğində olub.
Daha əvvəl fondun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu bildirmişdi ki, 2023-cü ilədək ARDNF-in aktivləri 1 barrel neftin orta qiyməti $60 səviyyəsində qalmaqla $50,8 mlrd.-a qədər arta bilər.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.*
A.Əzizov