Azərbaycanın iqtisadi uğuru regionun sabitliyi və çiçəklənməsi üçün əhəmiyyətlidir.ABŞ-ın dövlət katibi Mayk Pompeo buna əmindir.
“Azərbaycan yenə də təşəbbüskar rolunda çıxış edərək, bu dəfə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac etməklə Avropanın enerji təhlükəsizliyinə strateji əhəmiyyətli töhfə verir.Biz sizin səyləri dəstəkləyirik və hesab edirik ki, Azərbaycanın iqtisadi uğuru regionun sabitliyi və çiçəklənməsi üçün əhəmiyyətlidir”, - Pompeonun Azərbaycan prezidenti İlham Əliyevə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar ünvanladığı məktubda deyilir.
Dövlət katibi qeyd edib ki, Bakı və Vaşinqtonun uğurlu enerji tərəfdaşlığı iki ölkə arasında iqtisadi işbirliyi, təhlükəsizlik sahəsində tərəfdaşlıq, insan hüquqları, fundamental azadlıqlar və demokratik idarəçilik sahəsində davamlı fəaliyyəti əhatə edən strateji münasibətlərə müsbət töhfə verib.
“Birləşmiş Ştatlar bütün sahələrdə əməkdaşlığı (Azərbaycanla - İF) davam etdirmək və dərinləşdirmək niyyətindədir”, - Pompeo vurğulayıb. **
F.İsazadə