Azərbaycan Mərkəzi Bankı mərhələli şəkildə 6 və 9 aylıq notların emissiyasını həyata keçirməyə dair qərar qəbul edib. Bunu AMB-nin mətbuat xidməti qeyd edir.
“Qiymətli kağızlar bazarının inkişafına və bu əsasda banklararası pul bazarının aktivləşməsini dəstəkləmək məqsədiləmərhələli şəkildə 168 günlük və 252 günlük notların yerləşdirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.
İndiyədək AMB 28 günlük not hərracı keçirib.
2019-cu il 20 sentyabr tarixində AMB Bakı Fond Birjasında 84 günlük ilk not hərracı keçirib. “Hərracda 30 mln. manatlıq təklifə qarşı tələb 147,59 mln. manat təşkil edib. Hərracda təqdim olunmuş sifarişlərin gəlirliliyi6,0%-9,5%intervalında olub. Kəsmə qiymət üzrə gəlirlilik6,04%, orta ölçülmüş gəlirlilik isə6,03%təşkil edib”, - AMB-dən vurğulanır.
“Yeni müddətli notlar “faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdiriləcək. Yəni yeni müddətli notlarla bağlı keçiriləcək hərraclarda təqdim olunacaq sifarişlər Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi diapozonu ilə məhdudlaşmayacaq və faizlər hərrac iştirakçılarının bazar faizləri ilə bağlı gözləntisini əks etdirəcək”, - bank qeyd edir.
Həmçinin, notlarla bağlanmış əqdlər üzrə hesablaşmaların daha rahat icra edilməsi üçün 18 sentyabr tarixindən etibarən Mərkəzi Bankın bütün müddətlərdə yerləşdirdiyi notları ilə bağlanılan əqdlər üzrə hesablaşmalarT+1 rejimindəhəyata keçirir. **
X.Nəsirzadə