Ermənistan hərbçiləri sərhəddə Aərbaycanın döyüş mövqelərini atəşə tutmaqda davam edirlər. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat verir.
“Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir. 20 sentyabr tarixində saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub”, - məlumatda deyilir.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub. **
N.Abbasova