Azərbaycan əsgəri naməlum şəraitdə həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elyarbəy Məmmədov həlak olub”, - məlumatda qeyd edilir.
Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.
Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçunun yaxınlarına başsağlığı verib. **
N.Abbasova