Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş keçirir.
“Nyu-Yorkda Azərbaycan XİN başçısı Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb”, - XİN-in mətbuat katibi Leyla Abdullayeva Twitter-də yazıb.
Xəbər verildiyi kimi, sentyabrın 23-də Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə görüş keçirəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq. **
A.Əzizov