Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında cari vəziyyəti müzakirə edib. “Nyu-Yorkda Azərbaycan XİN başçısı Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar, münaqişə zonasında vəziyyət və ümumilikdə həmsədrlərin gələcək planları müzakirə olunub”, - XİN-in mətbuat katibi Leyla Abdullayeva “İnterfaks-Azərbaycan”a məlumat verib.
Xəbər verildiyi kimi, sentyabrın 23-də Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə görüş keçirəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq. **
A.Əzizov