Kənd Təsərrüfatı Nazirliyi təmir-tikinti işlərinin həyata keçirilməsi üçün podratçılar seçir.
Seçim 3 lotdan ibarət açıq tender metodu ilə keçirilir: Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının inzibati binasının əsaslı təmiri, toxum emalı sexinin və köməkçi binanın tikintisi; Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasının inzibati binasının və köməkçi binasının tikintisi; Göygöl rayonunda iri və xırdabuynuzlu heyvanların seleksiya işləri üçün heyvandarlıq kompleksinin tikintisi.
Təkliflər oktyabrın 9-dək qəbul olunacaq, təklif zərfləri oktyabrın 10-da açılacaq.*
B.Rüstəmbəyov