Çin Azərbaycanla əməkdaşlığı genişləndirmək və ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədir. Bu barədə Çinin Azərbaycandakı yeni səfiri Qo Min məlumat verib.
“2019-cu ilin yanvar-avqust aylarında Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi $1,5 mlrd.-a çatıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Bakı Pekin ilə münasibətlərin inkişafını xarici siyasətin prioritet istiqaməti kimi dəyərləndirir”, - Min Çinin “Sinhua” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən Azərbaycan və Çin yüksək səviyyəli səfıərlər mübadiləsini aktivləşdirib, siyasi qarşılıqlı etimadı, ticarət-iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı dərinləşdirir, bu da öz töhfələrini verir.
“Azərbaycan hər vasitə ilə “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir və burada fəal iştirak edir. Bu təşəbbüs Azərbaycanın milli inkişaf strategiyası ilə yaxşı uyğunlaşır. Bunun sayəsində ticarət-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə ikitərəfli praktiki əməkdaşlıq öz töhfəsini verir”, - səfir qeyd edib.
Min vurğulayıb ki, Çin və Azərbaycan ikitərəfli dostluq münasibətlərini keyfiyyətcə yeni əməkdaşlıq səviyyəsinə qaldırmaq məqsədilə səy göstərmək niyyətindədir.
O xatırladıb ki, Azərbaycan və Çin liderləri 2019-cu ilin aprel ayında keçirilən “Bir kəmər, bir yol” İkinci beynəlxalq forum çərçivəsində müxtəlif sahələrdə ikitərəfli münasibətlər və işgüzar əməkdaşlığın gələcəkdə inkişafına dair vacib konsensus əldə ediblər. **
F.İsazadə