Bakı azərbaycanlı hərbçinin həlak olduğunu təsdiqləyir və Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətmək cəhdi barədə yayılan məlumatları təkzib edir.
“Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Ramin Abdulrəhmanov yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.
Qeyd edək ki, Ermənistan tərəfi ötən gün Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətmək cəhdi barədə məlumat yayıb.*
F.İsazadə