Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunda avtomobil yolunun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,4 mln. manat ayırmağı tapşırıb.
Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolu beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov