Azərbaycan Beynəlxalq Bankıkorporativ biznesin inkişafına dəstək məqsədilə yeni “Şirkətlərə anında dəstək” məhsulunu təqdim edib. Bu barədə bankın mətbuat xidməti məlumat verir.
“Kiçik və orta sahibkarlara 3 ay müddətinə 100 min manata qədər kredit təqdim edilir. İllik faiz dərəcəsi 16%-dən başlayır”, - bank qeyd edir.
Sahibkarlar kredit hesabınakKreditor borclarını ödənilməsi, əmək haqqı ödənişlərinin həyata keçirilməsi, biznes fəaliyyətində gözlənilmədən ortaya çıxan xərclərin qarşılanması və s. bu kimi qısamüddətli öhdəliklərini yerinə yetirə bilərlər.
“Belə məhsulların yaradılmasında məqsəd sahibkarların maliyyə vəsaitləri ilə bağlı bütün ehtiyaclarını yerinə yetirə bilməsidir”, - məlumatda Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımovun sözlərindən sitat gətirilir.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4%-dir. **
X.Nəsirzadə