Bazar ertəsi Azərbaycan, Türkiyə və Gürcüstan Bakıda xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb.
“Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb.
Təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək”, - Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir.
Üçtərəfli təlim oktyabrın 1-də başa çatacaq. **
A.Əzizov