Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Şurası İsveçin səfiri Mikaela Kumlin Qraniti yeni sədr seçib. Bu barədə təşkilatın saytında məlumat verilir.
O, sentyabrın 23-dən etibarən bir il müddətinə bu vəzifəıni tutacaq.
Öncə İordaniyanın səfiri Lina-Əl-Hadid İdarə Şurasının sədri olub.
Qranit – peşəkar diplomat, İsveçi nəinki MAQATE, həm də BMT-də və Vyanada digər beynəlxalq təşkilatlarda təmsil edən İsveçin daimi nümayəndəsidir. O cümlədən, xanım Qranit İsveçi Avstriya, Slovakiya və Sloveniyada təmsil edir.
“Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Misirin səfiri Omar Amir Yusif İdarə Şurasının vitse-sədrləri oldular”, - məlumatda qeyd edilir.
Bundan başqa, iclasda 35 üzvdən ibarət Şuraya 11 yeni dövlətin üzvlüyü təsdiq olunub. Bura Estoniya, Hana, Yunanısan, Macarıtan, Küveyt, Monqolustan, Nigeriya, Norveç, Panama, Paraqvay və Səudiyyə Ərəbistanı daxil olub.
Yaxın zamanda Şura MAQATE-nin yeni baş katibini seçəcək. O, 1yanvar 2020-ci il tarixindən gec olmayaraq vəzifəsinə başlamalıdır. **
A.Əzizov