Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Niderland Krallığının xarici işlər naziri Stef Blok ilə görüşüb zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında proseslər və ikitərəfli münasibətərin perspektivlərini müzakirə edib.
Məmmədyarovun Blok ilə görüşü Nyu-Yorkda BMT Baş Assambleyası “çərçivəsində” baş tutub. Bu barədə Azərbaycan XİN məlumat verir.
“Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərin hazırkı durumu və əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər”, - XİN qeyd edir.
Bundan başqa, XİN başçıları regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardılar. “Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti ilə bağlı həmkarına məlumat verib və regional dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması baxımından münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT TŞ-nin (dörd – İF ) qətnamələri əsasında həllinin vacibliyini qeyd edib”, - nazirlik vurğulayır. **
N.Abbasova