Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanla danışıqları hər vasitə ilə uzadır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Ermənistan, ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqlarda sadiq şəkildə iştirak etmək əvəzinə, işğal və etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi üçün vaxt qazanmaq məqsədi ilə Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən öhdəliyindən sui-istifadə edir və danışıqlar prosesini ləngitmək və həll yolundan qaçmaq üçün hər fürsətdən yararlanır”, - Məmmədyarov bazar ertəsi Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclasında çıxışı zamanı bildirib.
XİN-in mətbuat xidməti Məmmədyarovun çıxışının mətnini yayıb. XİN başçısı qeyd edib ki, beynəlxalq ictimaiyyət münaqişəni uzatmaq üçün hər hansı bir fürsət verməməlidir.
Məmmədyarov əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan “məsuliyyətsiz məsuliyyətsiz bəyanat”la çıxışı edir. “Bununla əlaqədar ciddi narahatlığımızı ifadə edir və bunu qəti şəkildə rədd edirik. Ermənistan hökumətinin son təxribatçı bəyanatları və hərəkətləri sübut edir ki, Ermənistanın hazırkı hökuməti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulması məsuliyyətsiz yolunu davam etdirir”, - nazir bildirib.
XİN başçısı vurğulayıb ki, atəşkəs rejiminin qurulmasına baxmayaraq, Azərbaycanda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin cəbhə xətti boyunca yerləşən şəhər və kəndlərə və iki dövlət arasındakı sərhədə olan, Azərbaycan hərbçilərinin və mülki şəxslərin öldürülməsi və yaralanması ilə nəticələnən hücumlar davam edir. **
A.Əzizov