Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan Azərbaycan əsgəri Ramin Abdulrəhmanovun meyiti təmas xəttindən çıxarılıb.
“Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan əsgərinin meyiti təmas xəttindən çıxarılıb”, - “İnterfaks-Azərbaycan”a BQXK-dan məlumat verilib.
Abdulrəhmanov sentyabrın 22-də Ermənistan Silahlı Qüvvələri tərəfindən vurularaq öldürülüb. Ermənistan tərəfinin yaydığı məlumata əsasən, Azərbaycan tərəfindən təxribat törədilməsi cəhdi zamanı R.Abdulrəhmanov vurulub.
Bazar ertəsi Ermənistan tərəfi ötən bazar günü Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan Silahlı Qüvvələrinin təxribat törətmək cəhdi barədə məlumat yayıb. Nəticədə, bir azərbaycanlı hərbçi öldürülüb.
Ermənistan tərəfinin bəyanatına cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyindən qeyd olunub ki, əsgər Abdulrəhmanov yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Nazirlik Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi zonasında təxribat törətmək cəhdi barədə yayılan məlumatları təkzib edir. **
F.İsazadə, B.Rüstəmbəyov