Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında əsgər Ramin Abdulrəhmanovun qətlini törədənləri cəzalandıracaq. Bunu Azərbaycan XİN qeyd edir.
“İki ölkənin (Azərbaycan və Ermənistanın - İF) xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı”, - XİN-in mətbuat xidmətinin bəyanatında deyilir.
“Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq”, - bəyanatda qeyd olunur.
Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında bilavasitə görüşə toxunaraq XİN bildirir ki, “mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb".
“Tərəflər vurğulayıblar ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməlidirlər”, - bəyanatda deyilir. **
F.İsazadə