Cənubi Koreya tərəfindən bu gün 2020-2021-ci tədris ili üzrə təqaüd proqramıelan edilib. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bakalavriat səviyyəsində təhsil müddəti 5 ildir (1 il dil hazırlığı + 4 il təhsil proqramı).
Qarşılanan xərclər bunlardır: aylıq təqaüd 900.000 KRW (cari məzənnə ilə 1,281 min manat – İF), təhsil haqqı, dil kursu, yol xərci, yataqxana xərci, sığorta xərci.
Məlumata görə, bakalavr təqaüdü 1 tələbə üçün nəzərdə tutulub. Tədris ingilis dilində aparılacaq.
Proqramda təvəllüdü 1 mart 1995-ci ildən sonra olan şəxslər iştirak edə bilərlər.
Namizədlər sənədlərini oktyabrın 18-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Əlaqə vasitələri:azeremb@mofa.go.kr / 994-12-596-7901~3, 994-12-596-7904*
X.Nəsirzadə