2019-cu ildə Azərbaycanda pambıq yığımının 90%-i kombaynlarla həyata keçiriləcək. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov kütləvi pambıq yığımına start verilməsinə həsr olunmuş tədbirdə bildirib.
Kərimovun qeyd etdiyi kimi, bu, ötən illə müqayisədə pambıq yığımını daha sürətli, daha operativ həyata keçirilməsinə imkan verəcək.
“Bu il 100 min hektar sahədə pambıq əkini həyata keçirilib. İlin əvvəlindən aqrotexniki qaydalara düzgün əməl edilməsi, səpinin vaxtında həyata keçirilməsi, düzgün sortların seçilməsi, gübrə ilə təminatın vaxtında həyata keçirilməsi, suvarmanın təşkili sayəsində yüksək məhsuldarlıq gözlənilir”, - məlumatda nazirin sözlərindən sitat gətirilir.
“Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov bildirib ki, hazırda mexanikləşdirilmiş üsulla pambıq yığımına 435 kombayn cəlb olunub, ehtiyatda isə 34 kombayn saxlanılır.
KTN-nin ilkin qiymətlıəndirmələrinə əsasən, 2019-cu ildə pambıq yığımında 25% artım gözlənilir.
2018-ci ildə Azərbaycanda 232,2 min ton pambıq yığılıb. **
X.Nəsirzadə