RF prezidenti Vladimir Putin Soçidə “Valday” klubunun iclasının qonaqları, o cümlədən İordaniya kralı II Abdulla və Filippin prezidenti Rodriqo Duterte ilə ikitərəfli görüşlər keçirəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verir.
“Valday” klubunun iclası oktyabrın 3-də baş tutacaq. Sessiya iştirakçıları Azərbaycan prezidenti Əliyev, İordaniya kralı Abdulla, Qazaxıstan prezidenti Tokayev, Filippin prezidenti Duterte olacaq”, - Peskov çərşənbə axşamı jurnalistlərə bildirib.
O qeyd edib ki, RF prezidenti liderlərin hər biri ilə ayrıca ikitərəfli görüşlər keçirəcək. **