Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan bütün banklarda sığortalanmamış əmanətlər üzrə kompensasiyaların ödənilməsinə tezliklə başlayacaq. Bu barədə ADIF-in sədri vəzifəsini icra edən Vüqar Abdullayev məlumat verib.
“Kompensasiyalar məbləği $10 mini (17 min manat) ötməyən əmanətlər üzrə ödəniləcək. “Bank Standard”da belə kreditlərin sayı 15 min, ləğv prosesində olan banklar üzrə əmanətçilərin sayı isə 50 min nəfərdən çoxdur", - deyə o, bu gün “Bank Standard”ın Kreditorlar Komitəsinin iclasında bildirib.
Beləliklə, banka tələbləri qeyd ounan məbləğdən çox olmayan fiziki şəxslər kreditorların növbəsində 7-ci yerdən 1-ci yerə keçirlər.
Hazırda ADIF 11 bankın ləğvi ilə məşğul olur.*
Ə.Məmçmədov