SOCAR şirkəti (ARDNŞ) 2007-2018-ci illərdə Gürcüstan iqtisadiyyatına $1 mlrd. həcmində sərmayə yatırıb.
Bu barədə şirkətin saytında dərc olunan SOCAR-ın 2018-ci il ərzində “Davamlı inkişaf haqqında hesabat”ında qeyd edilir.
Sənədə əsasən, 2018-ci ildə ARDNŞ Gürcüstanın qazlaşdırılmasına $41,9 mln. həcmində sərmayə yatırıb. Bundan başqa, şirkət Rustavidə idman meydançasının bərpası, yanğınlardan zərər dəyən Borjomidə 2 hektar sahədə meşə massivində və Tbilisi şəhərinin Varketili rayonunda ağacların əkilməsinə $50,64 min məbləğində vəsait yönəldib.
“SOCAR Georgia Gas” MMC 2006-cı ildə yaradılıb. Hazırda şirkət Gürcüstana əsas neft və neft məhsulları, həmçinin təbii qaz tədarükçüsüdür.
ARDNŞ-nin törəmə müəssisəöləri Qara dənizdə Kulevi limanında neft terminalının sahibidir. Həmin terminal vasitəsilə dünya bazarlarına Azərbaycan nefti və neft məhsullarının yükləmə-boşaltması həyata keçirilir. Müəssisələr qaz bölüşdürücü şəbəkələrin modernləşdirilməsi, həmçinin SOCAR brendi altında YDM şəbəkəsinin genişləndirilməsi ilə məşğuldur.
Ölkədə SOCAR brendi ilə 115 YDM fəaliyyət göstərir. **
N.Abbasova