Azərbaycan Mikromaliyyə Assosiasiyası 2019-cu il oktyabrın 4-də mikromaliyyələşmənin inkişafına həsr edilən konfrans təşkil edəcək. Bu barədə AMFA-dan məlumat verilib.
“Oktyabrın 4-də keçiriləcək konfransda mikromaliyyələşmə sahəsində ekspertlər, mikromaliyyə təşkilatları, bankların, beynəlxalq və yerli investorların, texniki xidmət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək.
Konfransda Azərbaycanda mikromaliyyələşmə bazarında cari vəziyyət, problemlər və gələcək perspektivlər müzakirə olunacaq.
O cümlədən, konfrans çərçivəsində İnvestorlar Yarmarkasının təşkili planlaşdırılır.
AMFA 2001-ci ildə təsis olunub. **
Ə.Məmmədov