Oktyabr ayının 28-də “Günay Sığorta” şirkətinin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. Bu barədə şirkətin elanında deyilir.
“Yığıncaqda sığorta şirkətinin Təftiş Komissiyasının tərkibinə dəyişikliyin edilməsi məsələsi müzakirə olunacaq”, - deyə elanda bildirilir.
“Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir. Nizamnamə kapitalı 7,7 mln. manata bərabərdir.*
Ə.Məmmədov