Azərbaycanın gömrük orqanları Rusiyadan ölkəyə ümumi çəkisi 152 kq qızıl-zinət əşyalarının qanunsuz keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Özbəkistan vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirilib və şübhəli cizgilər müəyyən olunub. Əl yüklərinə gömrük baxışı zamanı əl çantası və çamadanın içərisində gömrük nəzarətinə bəyan olunmayan, üzərindəki qaşları ilə birlikdə ümumi təqribi çəkisi 95 qram olan qızıl-zinət əşyaları - 5 ədəd sırğa, 2 ədəd klon, 1 ədəd qolbaq, 1 ədəd qol saatı, 1 ədəd boyunbağı, 2 ədəd üzərində "Maktain 222046" və "Maktain 222043" yazıları əks olunan qol saatları aşkarlanıb”, - məlumatda deyilir.
Bundan əlavə, vətəndaşın onun sinə nahiyəsində salfetə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən, qaşları ilə birlikdə ümumi təqribi çəkisi 57 qram olan qızıl-zinət əşyaları - 3 ədəd üzük, 1 ədəd sırğa, 2 cüt üzük-sırğa dəsti aşkar olunub.
Qaçaqmal qızıl-zinət əşyaları "Samur" gömrük postunda aşklar olunub. **
N.Abbasova