2018-2019-cu illərdə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 32 min sahibkarlıq subyektinin daşınar əmlakı barədə məlumat toplaıb. Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və ösəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankes bəyan edib.
“Reyestrdə qeyd olunan daşınar əmlakın ümumi dəyəri 6,7 mlrd. manat həcmində qiymətləndirilir. Bundan başqa, Mərkəzi Asiya və Azərbacanda maliyyə infrastrukturunun möhkəmlənməsi layihəsi (AKAFI) çərçivəsində İFC kreditləşmə və hesabatlılıq sisteminin yaxşılaşdırılması məqsədilə 18 qanun layihəsinin qəbul olunmasına imkan yaradıb. O cümlədən, özəl kredit bürosunun yaradılmasında fəal iştirak edib”, - Lankes çərşənbə günü Bakıda ACAFI layihəsinin başa çatması ilə əlaqədatr konfransda bildirib.
O qeyd edib ki, İFC ölkənin özəl sektorunun inkişafı, xüsusilə kənd təsərrüfatında rəqabətin artırılması və sərmayələrin artımı məqsədilə gələcəkdə Azərbaycanla əməkdaşlığı davam etdirəcək.
Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri 2018-ci il mart ayında istifadəyə verilib.
Azərbaycanda Reyestrin yaradılması ölkədə orta və kiçik biznesin inkişafı, maliyyə vəsaitlərinə çıxışı sadələşdirməyə yönəlib. Xüsusilə, Reyestr dövlət qeydiyyatından keçməyən daşınar əmlakın yüklülüyü bazasını yaratmağa, kredit təşkilatlarının bu məlumata sərbəst çıxışını təmin etəyə, yüklülüyü olan əmlakın təkrar istifadəsini təmin etməyə, onun istifadəsi üçün hüquqları məhdudlaşdırmağa və bununla girov təminatı seçimini genişləndirməyə imkan yaradır.
O cümlədən, Reyestr hüquqi və fiziki şəxsələrə özlərinə məxsus daşınar əmlakı qeydiyyata almağa və sonradan kreditin alınamsı zamanı girov şəklində istifadə etməyə imkan verir.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Korporasiya Azərbaycanda 56 uzunmüddətli layihənin maliyyələşdirilməsinə $473 mln. yönəldib. Bundan başqa, İFC bu layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından $73 mln. vəsaitin cəlb olunmasına yardım edib. Korporasiya, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə $250 mln, ticarət dövriyyəsinin dəstəklənməsinə isə təxminən $100 mln. ayırıb.**
Ə.Məmmədov