RF Federasiya Şurası çərşənbə günü Xəzərin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya edib.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb.
Sənədin məqsədi tərəflərin Xəzər dənizindən istifadəyə dair hüquq və öhdəliklərinin müəyyən olunması və tənzimlənməsidir. Buna dəniz suları, dibi, yerin təki, təbii resurslar və hava məkanı daxildir.
Sənədlə tərəflərin dənizdə fəaliyyət prinsipləri müəyyən olunur: suverenlik, ərazi bütövlüyü, müstəqilliyə hörmət, dövlətlərin suveren bərabərliyi, güc və ya təhdidlərin güc ilə tətbiq olunmaması. Həmçinin prinsiplərlə qarşılıqlı hörmət, əməkdaşlıq, biri-birinin daxili işlərinə müdaxilənin yol verilməməsi, Xəzər dənizinin sülh məqsədilə istifadəsi, dənizin sülh, mehriban qobnşuluq, dostluq və əm\əkdaşlıq zonasına çevrilməsini nəzərdə tutur. **