Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilir.
“Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Həmçinin, nazilrikdən bildirilir ki, Elmar Məmmədyarov xorvatiyalı həmkarını Azərbaycana səfərə dəvət edib. **
B.Rüstəmbəyov